• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 17.02.2024 12:02

Avtoxuliqanlıq edən sürücülər həbs edilib

KepezTV Player

Gəncədə yol polisi avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.  Akif Məmmədov və Fərəc Əmirov idarə etdikləri avtomobillə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Şəxslər 15 sutka inzibati qaydada həbs edilib. Qanunla qadağan edilmiş səs siqnalından istifadə edən “Niva” markalı avtomobilin sürücüsü barəsində tərtib olunan protokol da məhkəməyə göndərilib.