• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 16.02.2024 11:56

Sexdə yanğın baş verib

KepezTV Player

Sumqayıtda, Bakı-Quba avtomobil yolunun 26-cı kilometrliyində sexdə yanğın olub. Əraziyə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 2 boksdan ibarət ümumi sahəsi 400 m² olan qeyri-qida yağlarının təkrar emalı sexində baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sexin bir boksunda hər birinin həcmi 200 litr olan 10 ədəd qarışıq plastik yağ çəlləyi və dağılmış yağ qalıqları 100 m² sahədə yanıb. Sex və digər boksda olan 20 ton yağ yanğından mühafizə olunub.