• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 15.02.2024 09:45

Güləşçilərimizdən parlaq çıxış

KepezTV Player

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçirilir. Azərbaycanın yunan-Roma güləşçiləri yarışda uğurlu çıxışlarını davam etdiriblər. 60 kiloqram çəki dərəcəsində gücünü sınayan Nihad Məmmədli finalda moldovalı Viktor Çiobanunu üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məmmədli karyerasında ilk dəfə qitə çempionu olub.

Azərbaycan yığmasının aktivinə dünən daha bir qızıl medal yazılıb. 67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov Avropa çempionatında mübarizəsini yarışın baş mükafatını qazanmaqla başa çatdırıb. O,  finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Cəfərovun anoloji yarışda ikinci Avropa çempionluğudur. 

Təmsilçilərimizdən 72 kq-da finalda türkiyəli rəqibinə məğlub olan Ülvü Qənizadə isə ikinci yeri tutub.

Yarışın əvvəlki günündə digər yunan-Roma güləşçilərdən Murad Məmmədov qızıl, Rəşad Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medal qazanıblar. Dünən mübarizəyə qoşulan qadın güləşçilərdən Mariya Stadnik və Alyona Kolesnik finala yüksəliblər.