• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 14.02.2024 13:25

İtkin kimi qeydiyyata alınmış 3890 Azərbaycan vətəndaşından 25-nin qalıqları eyniləşdirilib

KepezTV Player

Vətən müharibəsindən ötən müddətdə 2043 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib. 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərindəki saxlanma yerlərində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən baş çəkilib. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb. Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin cəlb edilməsini zəruri hesab edir. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistanla əməkdaşlığa hazır olduğunu açıqlayıb.