• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 14.02.2024 12:01

"Aİ nümayəndəsi Azərbaycan və Ermənistan arasında sülh perspektivlərində gərginlik yaratmağa çalışır"

KepezTV Player

Avropa İttifaqı nümayəndəsi açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərində gərginlik yaratmağa çalışır. Qərbi Azərbaycan İcması Avropa İttifaqı institutlarını Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmamağa, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırıb. İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamaları da növbəti riyakarlıq nümunəsi adlandırıb. Mirzoyan Azərbaycan xalqının mədəni irsinin mühafizəsi məqsədilə UNESCO missiyasının Ermənistana göndərilməsi ilə məşğul olmalıdır.