• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 14.02.2024 11:50

Bakıya 53 kiloqram narkotik aparmaq istəyənlər saxlanılıblar

KepezTV Player

Polis Yardımlının Dəryavar kəndində Beyləqan sakinləri Ramin Paşayev və Dəyanət Quliyevi saxlayıb. Ramin Paşayevin idarə etdiyi "Vaz 21074" markalı avtomobilin yük yerinə keçirilən baxış zamanı 42 kiloqram marixuana, 8 kiloqram metamfetamin və 3 kiloqram heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitələri pul qarşılığında Bakı şəhəri ərazisinə çatdırmaq üçün əldə etdikləri müəyyən edilib. Paşayev və Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.