• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1753
— 14.02.2024 11:44

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

KepezTV Player

Bu ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı davam edir. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, təhlükəsizlik qaydaları çatdırılır, onlarla sıra hazırlığı üzrə məşğələlər keçirilir. Təlim toplanışının növbəti günlərində onların döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.