• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 13.02.2024 15:31

“Verilən qərarlarla BARIŞmırıq!"

KepezTV Player

“Kəpəz” Premyer Liqanın 22-ci turunda “Səbail”ə uduzduqları oyunda hakim idarəçiliyindən narazı qalıb. Gəncə təmsilçisi “Verilən qərarlarla BARIŞmırıq!" başlığı ilə bəyanat yayıb. "Sarı-göylər" narazı qaldığı epizodları video formada təqdim edib. İlk belə vəziyyət oyunun 44-cü dəqiqəsinə təsadüf edir. "Qapımıza təyin olunan penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu arxadan itələsə də, baş hakim Nicat İsmayıllı qayda pozuntusu qeydə almadı" - deyə bildirilib.

Digər videoda "Eyni epizodun davamında Junior Martinsin zərbəsindən sonra top “Səbail”in oyunçusuna toxunaraq meydanı tərk etdi. Laysman topun rəqibdən çıxdığına işarə edərək bayrağını müvafiq istiqamətə yönləndirsə də, baş hakim yenə fərqli qərar qəbul etdi. Son nəticədə epizodun davamı qapımıza penalti ilə nəticələndi." - fikirləri qeyd olunub.

Son olaraq 48-ci dəqiqəyə diqqət çəkilib. Komandanın yerinə yetirdiyi künc zərbəsi zamanı rəqib futbolçu Rüfət Abdullazadə cərimə meydançasında hər iki əli ilə topla oynasa da, referi VAR-a ehtiyac duymayıb.