• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 13.02.2024 09:13

Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb

KepezTV Player

Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib. Rəşad Məmmədov 55 kq-da yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzar Tsurtsumiaya qalib gəlib. Murad Məmmədov 63 kq-da finala gedən yolda rusiyalı Ənvər Allahyarovu xalların keyfiyyətinə görə üstələyib. İslam Abbasov ilə Beka Kandelaki bürünc medal uğrunda şansını davam etdirir. 1/4 finalda məğlub olan Sənan Süleymanov rəqibi finala çıxa bilmədiyi üçün yarışı medalsız başa vurub.