• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1348
— 11.02.2024 18:26

Qaracəmirlidə yanğın olub

KepezTV Player

Şəmkir rayonunun Qaracəmirli kəndində qarajda yanğın baş verib. Yanğın nəticəsində 1954-cü il təvəllüdlü Quliyev Tacir Tapdıq oğluna məxsus ümumi sahəsi 182 kv.m olan evin ona bitişik 27 kv.m qarajında 10 kv.m sahədə məişət tullantıları yanıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Qarajın digər sahələri və ev yanğından mühafizə olunub. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.