• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 11.02.2024 18:24

Kişi ehtiyatsızlıqdan tanışını öldürüb, cinayət işi başlanıb

Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Mingəçevir Şəhər Prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Sadiq Yusifov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.