KepezTV Player
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Ramil Şiriyev Ərkivan qəsəbəsi ərazisində saxlanılıb. Ondan "Makarov" modelli tapança və həmin silaha aid 8 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 204