• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 10.02.2024 11:24

Silah və narkotiklə bağlı iki nəfər saxlanılıb

KepezTV Player

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üstündə odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən Ağsu sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Eldəniz Burcalıyev saxlanılıb. Onun üstündə daşıdığı bağlamaya baxış keçirilərkən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, eləcə də həmin silaha məxsus 5 patron aşkar edilərək götürülüb. Burcalıyev ifadəsində həmin silahı tapdığını və gizlətmək məqsədilə yaşadığı ünvandan başqa yerə aparmaq istədiyini bildirib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbiri nəticəsində isə Əli Novruzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb. Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.