• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 09.02.2024 11:43

Silah satmaq istəyən şəxs saxlanılıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəxs yaxalanıb. Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Verdiyev rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd atəşə yararlı avtomat “Makarov” markalı tapança, həmin silaha aid sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.