• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 08.02.2024 11:22

Silah satmaq istəyən və işlədiyi obyektdən oğurluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Qusarda tapdığı silahı satmaq istəyən və işlədiyi obyektdən oğurluq edən şəxslər saxlanılıblar. Polis rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədovu yaxalayıb. Onun üzərindən daşıdığı 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Xaçmaz sakini Ramazan Əliyev də saxlanılıb. O, kirayə qaldığı evdən və işlədiyi obyektdən soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1512 manat ziyan vurmaqda şübhəli bilinir.

Teymur Ağaməmmədovun barəsində həbs, Ramazan Əliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.