• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 07.02.2024 18:07

Evlərə daşınan qutular aparılıb

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq məntəqələrə gəlib səs verə bilmiyən seçicilərin mənzillərinə daşınan qutular aparılıb. Bunun üçün seçki günündən bir neçə gün əvvəl səs verən şəxsin özü və yaxud da yaxınları aidiyyatı üzrə məntəqəyə müraciət ediblər. Gəncədə 4 dairə üzrə 338 seçici məntəqələrə müraciət edərək evlərinə daşınan qutunun gətirilməsini istəyib. Müraciət edən şəxslərdən biri də uzun müddət müəllim işləyən 91 yaşlı Süleyman Hüseynəliyevdir. O, 38 saylı Dairə Seçki Komissiyasının 21 saylı Məntəqəsinə evinə daşınan qutunun gətirilməsi üçün müraciət edib.