• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2583
— 07.02.2024 17:43

Şəmkirdə nə qədər seçici səs verib?

KepezTV Player

 Şəmkirdə də növbədənkənar prezident seçkilərində seçikilər aktiv şəkildə iştirak edirlər. Bu rayonda 2 dairə üzrə 98 məntəqə fəaliyyət göstərir. 102 saylı Şəmkir şəhər seçki dairəsi və 103 saylı Şəmkir kənd seçki dairəsində ümumilikdə 110 min 334 seçici arzuladığı namizədə səs vermək hüququna malikdir. Seçki prosesinin demək olar ki, yarısından çoxu geridə qalıb və hər iki dairə üzrə seçki prosesinin gedişi barədə şikayət daxil olmayıb.