• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 07.02.2024 17:40

Seçkilərin gedişatında hər hansı neqativ hal baş verməyib

KepezTV Player

Prezident seçkiləri ilə əlaqədar fəallıq Samux rayonunda da müşahidə olunur. 101 saylı Samux- Şəmkir seçki dairəsinin fəaliyyət göstərən 56 seçki məntəqənin hamısında vətəndaşların kütləviliyi müşahidə edilir. Məntəqələrdən 32-i Samux rayonunun ərazisində yerləşir. Dairənin rayon üzrə 54 553 nəfər seçicisi qeydiyyata alınıb. 100 yaşdan yuxarı olan 2 seçicisi prezident seçkilərində iştirak edir. Məntəqələrin 9-da prosesi canlı izləmək üçün veb kameralar var. Həmçinin ərazi üzrə fikiki imkanı məhdud şəxslər üçün məntəqələrdə panduslar da quraşdırılıb. Seçkilərin gedişatında hər hansı neqativ hal müşahidə edilmir.