• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2103
— 07.02.2024 12:11

“Braqa” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

KepezTV Player

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya təmsilçisi “Braqa” ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək ilk oyunun biletləri bu gün satışa çıxarılıb. Biletlərin qiyməti sektorlardan asılı olaraq 3,5-40 avro aralığında dəyişir. "Braqa" - "Qarabağ" matçı fevralın 15-də "Braga Municipial" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.