• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 06.02.2024 10:44

Gənc proqramçı

Bu dəfə sizə texnologiya düyasında inkişaf etməyi qarşılarına məqsəd qoyan əkiz qardaşlar - İlham və Nağını tanış edəcəm. Əslində siz əvvəlki, süjetlərimizdən İlham bəyi interyer-dizayner olaraq tanıyırsınız. Bu dəfə isə proqramlaşdırma sahəsi üzrə Nağı bəyi sizinlə tanış edəcəm. Nağı bəy proqramlaşdırma nədir və bizə gələcək həyatımızda necə fayda verə bilər?

Nağı Tağızadə- proqramçı: Proqramlaşdırma müasir texnologiyanın əvəzolunmaz bir sahəsidir. Daha ətraflı nəzər yetirsək proqramlaşdırma kompüterin yerinə yetirdiyi bir prosesdir. O, alqoritm ola bilər və ya başqa bir şey”.

Bu sahə gələcəyin sahəsidir, deyə bilərik. Proqramlaşdırma sahəsinin maraqlı tərəfləri çoxdur. Virtual aləmin fərqli tərəflərini öyrənmək üçün gəlin görək hansı vasitələr var və asan şəkildə bu sahəni necə öyrənə bilərik?

Nağı Tağızadə-  proqramçı: “Proqramlaşdırmanın bir neçə asan yolu var. Bir yolu ondan ibarətdir ki, bu işə uşaqlıqdan həvəs olmalıdır. Ən əsas sevgi olmalıdır. Daha sonra isə “Youtube”-dan videolar izləməklə də öyrənmək olar. Və yaxud hər hansı bir kursa gedib dərs almaq olar”.

Proqramlaşdırma asan görünsə də bir o qədər qəliz bir sahədir. Hər bir sahədə olduğu kimi bu sahənin də özünəməxsus xüsusiyyətləri var. Ancaq proqramlaşdırma sahəsini öyrənmək istəyən gənclər bəzi qısaldılmış kurslara üz tutmağı düşünürlər. Bəs gəlin, soruşaq görək belə kurslar faydalıdırmı?

Nağı Tağızadə- proqramçı: “Düşünürəm ki, mümkündür. Lakin, bu işə başlamazdan əvvəl bir məlumata sahib olmalısan. Ancaq tam proqram yazmaq üçün, bu informasiya yetərli deil. Daha dərin və keyfiyyətli proqram yazmaq üçün dərin biliyə malik olmalıdır”.

Hər bir gənc öz sevdiyi işi görməlidir. İşinin çətin tərəfləri olmasına baxmayaraq, öz peşəsini həvəslə görən Nağı gələcəkdə də bu işini davam etdirməyi və peşəkarlaşmağı düşünür. Biz də “Gəncəm” komandası adından gəncimizə uğurlar arzu edirik. Bəs gəlin görək onda bu sahəyə maraq necə yaranıb və gələcək haqqındakı düşüncələrini bir də özündən eşidək.

Nağı Tağızadə- proqramçı: “Bu, əsasən mənim uşaqlıqdan yaranan  həvəsimlə bağlıdır. Mən məktəbdə informatika dərsi keçilən zaman özümdə bu həvəsi kəşf etdim. Və biz informatikada “phyton” dili keçdik. Daha sonra isə mən bu mövzu haqqında daha ətraflı öyrəndim. Daha sonra proqramlar yazmağa başladım. Və gələcəkdə bu sahəni daha da dərin öyrənmək istəyirəm və təhsilimi xaricdə davam etdirmək istəyirəm”.

Ülvi Cəfərov