• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1881
— 06.02.2024 17:02

Avtomobillərdən oğurluq edən şəxs həbs olunub

KepezTV Player

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən silsilə oğurluq hadisələrinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər. Daxil olan müraciətlərlə əlaqədar keçirilən tədbirlər nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakin Elvin Məmmədov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin Quba rayonu ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, eləcə də tanımadığı şəxsə məxsus tövlədən 6 baş xırdabuynuzlu heyvanı oğurlaması müəyyən edilib. Həmçinin, saxlanıldıqda E.Məmmədovun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Elvin Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.