• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1280
— 06.02.2024 13:37

“Kəpəz”in futbolçusu Azərbaycan çempionatlarında 50-ci qolunu vurub

KepezTV Player

“Kəpəz”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. Onun yubileyi Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib. “Kəpəz”in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçda son qolun müəllifi olub. Yunanov Premyer Liqadakı 191-ci oyununda 50 qola çatıb. Bu, Yunanovun “Kəpəz”də ilk qoludur. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.