• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 05.02.2024 16:00

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib

KepezTV Player

Bu gün Tərtərin Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə mina hadisəsi baş verib. Keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minanın partlaması zamanı Tərtərin Umudlu kənd sakini 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu ayağından xəsarət alıb. Zərərçəkən şəxs Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun sol ayağı baldır oynağı səviyyəsində amputasiya edilib. ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.