• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1776
— 03.02.2024 11:50

Şəmkir sakini odlu silahdan güllələnib

KepezTV Player

Şəmkir sakini odlu silahdan güllələnib. Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini 1997-ci il təvəllüdlü Aslanov Zabit Zeynal oğlu bir neçə güllə yarası ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə Gəncəyə göndərilib. Şəmkir Rayon Polis Şöbəsinə Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olan kimi araşdırmalara başlanılıb.