• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 02.02.2024 11:39

Polis əməliyyatlar keçirib, saxlanılanlar var

KepezTV Player

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 19 ilə yaxın məhkumluq həyatı yaşayan Zaur Paşayev saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı “TT” markalı tapança, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Digər bir əməliyyat tədbiri zamanı şəhər ərazisində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Samir Gözəlov da saxlanılıb. Onun qaçırdığı avtomobilə keçirilən baxış zamanı başqa bir avtomobildən oğurladığı 1 ədəd akkumulyator və səs gücləndirici sistemi də aşkarlanaraq götürülüb.

Şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Əhmədov və Ramin Hacıyev heroin, metamfetamin və marixuana ilə saxlanılıblar.

Faktlarla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.