• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1551
— 02.02.2024 11:31

Narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıblar

KepezTV Player

Qaxda polis rayon sakinləri – əvvəllər məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifovu saxlayıb. Hər iki şəxsin üzərinə və yaşadıqları ünvanlara baxış keçirilən zaman ümumi çəkisi 4 kiloqram 230 qrama yaxın qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları aşkar edilib. Şəxslərin ötən ilin yaz aylarında meşəlik ərazidə becərdikləri çətənə bitkilərini satış və şəxsi istifadələri üçün əldə etdikləri məlum olub. Həmin əraziyə baxış keçirilərkən çəkisi 14 kiloqram olan 65 ədəd çətənə bitkisinin qalıqları aşkarlanaraq maddi sübut kimi götürülüb. Firuz Yusifovun narkotiki satdığı rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum edilmiş Kərim Abdullayev də saxlanılıb. Yusifovdan aldığı qurudulmuş marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanıb.