• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1100
— 01.02.2024 16:08

Turan Bayramov "Qran-Pri" də bürünc medal qazanıb

KepezTV Player

Cüdoçu Turan Bayramov Portuqaliyanın Odivelaş şəhərində keçirilən reytinq xarakterli Qran-Pri yarışında bürünc medal qazanıb. Bununla o, hesabına 350 xal əlavə edib. Gəncə cüdoçusu millinin tərkibində növbəti yarışlara hazırlıq məqsədi ilə Fransada beynəlxalq təlim-məşq toplanışına yollanıb. 60 kq çəki dərəcəsində çıxış edən tatami ustası son yarışdakı çıxışı haqda televiziyamıza məlumat verib.

Turan Bayramov- cüdoçu: “Portuqaliyada keçirilən "Qran- Pri" yarışına ciddi hazırlaşmışdım. Özümə inamım böyük idi, güvənirdim. Görüşlərim o qədər də asan olmasa da, qalib gələ bildim. Birinci görüşdən azad idim. İkinci görüşdə rəqib italiyalı idi, Pantano. Mən bir dəfə ona məğlub olmuşdum. Burada iki vazari xalı ilə ona qalib gəldim. Digər görüşüm tacikistanlı idmançı ilə idi. Onunla da əvvəllər qarşılaşmışdım. Qalib olmuşdum. Burada da tam üstünlüklə qalib gəldim. Üçüncü görüşüm həmyerlimiz Balabəy Ağayevlə idi. Bu görüşdə də vazari xalı ilə qalib gəldim. Yarımfinal görüşündə isə özbəkistanlı idmançıya məğlub oldum, 3 xəbərdarlıqla. 3-cü yer uğrunda isə rus idmançı ilə qarşılaşdım. Ona iki vazari xalı ilə qalib gələrək 3-cü yerə çıxdım. Qarşıda bizi Fransada təlim-məşq toplantısı gözləyir. 3-4 günlük təlim-məşq toplantısı olacaq. Ondan sonra Bakıya qayıdacağıq. Bakıda isə "Böyük Dəbilqə" turniri olacaq. Məqsəd indi oradır. "Böyük Dəbilqə"yə hazırlaşırıq”.

Ramin Paşayev