• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 31.01.2024 15:57

TKTA: Vətəndaşlar xaricdə əldə edilən təhsil sənədlərinin tanınması istiqamətində yanlış yönləndirilirlər

KepezTV Player

Son zamanlar bəzi şəxslər və özəl şirkətlər vətəndaşları xarici ölkələrdə əldə edilmiş təhsil sənədlərinin tanınması istiqamətində yanlış istiqamətləndirirlər. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib. Agentlik xarici təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. Xarici kvalifikasiyaların tanınmasına dair etibarlı məlumatı yalnız Agentliyin rəsmi saytından və sosial media səhifələrindən əldə etmək olar.

Aysel Kərimli TKTA-nın departament direktoru: Biz tövsiyə edirik vətəndaşlara ki mütləq şəkildə özləri qeydiyyatdan keçsinlər heç kimin köməyindən istifadə etməsinlər çünki proses çox sadədir yəni tanınma.az linkinə daxil olmaqla vətəndaş özünə şəxsi cabinet yaradır daha sonra bizim tələb etdiyimiz 5-6 sənəd var ki həmin sənədləri yükləyir və tələb olunan xidmət haqqını ödəyir və daha sonra ərizəsini təstiqlədir bu qədər sadə digər bütün mərhələlər barədə də ona bildirişlər həm poçt ünvanına həmdə telefon nömrəsinə sms-lə göndərilir.