• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1833
— 31.01.2024 15:44

“Böyük Dəbilqə”də iştirak edəcək ölkələrin sayında dəyişiklik olub

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə”də iştirak edəcək ölkələrin sayında dəyişiklik olub. Təşkilat Komitəsinə müraciət edən Rumıniyadan sonra komandaların sayı 50-yə çatıb. Ən böyük heyətə məxsus Qazaxıstan da daha 4 idmançısını qeydiyyatdan keçirərək cüdoçularının sayını 26-ya yüksəldib. Gürcüstan və neytral statuslu komandanın hər biri isə Bakıda 21 cüdoçu ilə mübarizə aparacaq. "Böyük Dəbilqə"yə ABŞ, Böyük Britaniya, Kanada, Belçika, Xorvatiya, Macarıstan, İsrail, Bəhreyn və digər ölkələrin idmançıları qatılıblar.