• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1818
— 31.01.2024 15:40

Azərbaycan məhəlləsinin yeni görüntüləri

KepezTV Player

Türkiyənin Kahramanmaraş şəhərində inşa olunan Azərbaycan məhəlləsinin yeni görüntüləri yayılıb. Məlumata görə, ərazidə 1000-i Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməklə 2 mindən çox yaşayış binası və iş yeri inşa olunacaq.  3 binanın bünövrəsi qoyulub, 7 binanın bünövrəsinin hazırlığı davam edir. Kahramanmaraş bölgəsində ötən ilin fevral ayında baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın qardaş ölkəyə göstərdiyi yardıma görə təşəkkür etmək məqsədilə Kahramanmaraşda ümumi uzunluğu 197 kilometr olan Azərbaycan məhəlləsi inşa olunur.