• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 31.01.2024 09:10

Bu il Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunacaq

KepezTV Player

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Prezident İlham Əliyev Azərbaycanda 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirməlidir.