• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 30.01.2024 20:09

"Gəncə"dən çətin qələbə

KepezTV Player

Qadın voleybolçuların Yüksək Liqasında 11-ci tura start verilib. Turun açılış oyununda Gəncənin eyniadlı komandası Bakı səfərində meydana çıxıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüşdə "sarı-göylər"in rəqibi Milli Aviasiya Akademiyasının komandası olub. Gərgin mübarizə şəraitində keçən oyun qonaqların qələbəsi ilə başa çatıb. "Gəncə" tay-brekdə qalib gəlib - 2:3. Hazırda Nizami yurdunun təmsilçisi turnir cədvəlində 15 xalla 4-cü yerdədir.