• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2060
— 30.01.2024 19:39

Laçına köçənlərə mənzillərin açarları təqdim edilib

KepezTV Player

Laçın şəhərinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb. Bu mərhələdə Laçına daha 23 ailə – 72 nəfər köçürülüb. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Rəsmi qarşılanma mərasimində doğma yurduna qayıdanlara evlərin açarları təqdim edilib. Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 431 ailə - 1627 nəfər köçürülüb.