• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1046
— 30.01.2024 15:57

Rimas Kurtinaytis Azərbaycanda işləyəcək

Azərbaycan millisinin sabiq baş məşqçisi Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub. 63 yaşlı litvalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Olimpiya və Avropa çempionu 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. O, “Letuvos Ritas” və “Ximki” klubu ilə Avropa Kubokunun qalibi olub. Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun baş məşqçisi olub.