• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2061
— 30.01.2024 15:48

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanılmasına başlanılıb

KepezTV Player

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və maraqlı seçki subyektlərinin prosesi yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb. Bülletenlər ilk gün Naxçıvandakı və işğaldan azad olunan ərazilərdəki seçki məntəqələrinin aid olduğu dairələri də daxil olmaqla, ümumilikdə 36 seçki dairəsinə aparılacaq. Növbəti 2 gün ərzində isə ölkənin digər bütün seçki dairələrinə təhvil verilməsi və prosesin tam yekunlaşdırılması nəzərdə tutulur. Səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək. 

 Azad edilən ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək 
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir və məntəqələr prosesə tam hazırdır. Azad edilən ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək. Prezident seçkiləri ilə bağlı Türkiyədə isə 5 seçki məntəqəsi yaradılıb. Orada daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü Türkiyədə olacaq 18 yaşı tamam olmuş vətəndaşlar məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilər.