• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 29.01.2024 20:04

Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

KepezTV Player

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Qara Qarayev küçəsi ilə Cavad Xan küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "LEXUS "markalı minik avtomobili "Ford tranzit” markalı yük maşını ilə toqquşub. Qəza zamanı avtomobillərdən biri yoldan keçən 1982-ci il təvəllüdlü Səbuhi Xeyirxəbərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.