• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 29.01.2024 15:57

Şirvan sakini narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər narkotiklərə görə məhkum olunmuş Əbülfət Nəcəfov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı çəkisi yarım kiloqrama yaxın olan marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər şəhər sakini şəhər ərazisindən tapdığı 1 avtomatı, 1 darağı və 30 patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.