• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 28.01.2024 19:31

Taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

KepezTV Player

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Salyan rayon sakini Elvin Vəliyev saxlanılıb. Dindirilmə zamanı sonuncu törətdiyi əməlləri etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Vəliyev sərnişin qismində əyləşdiyi taksilərdə sürücülərdən tanışına zəng etmək adı ilə mobil telefonlar istəyib. Zərərçəkmişlərin telefonlarını aldıqdan sonra isə adıçəkilən şəxs avtomobillərdən düşüb və qaçaraq uzaqlaşıb. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.