• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 27.01.2024 11:28

Xızıda keçmiş məhkumlardan silah və narkotik götürülüb

KepezTV Player

Xızıda polis rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundovu saxlayıb. Şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

Rayon sakini, keçmiş məhkum Mehrab Həmidli isə üzərində 470 qram marixuana ilə tutulub.

Faktlarla bağlı cinayət işləri başlanılıb.