• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 25.01.2024 16:50

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Həmin şəxslərdən 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin və heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən ikisi - əvvəllər məhkum olunmuş T.Səfərli və Ö.Hacıəhmədovun Yeni Günəşli qəsəbəsində evlərdən kondisioner oğurladıqları da müəyyən edilib. Həmçinin, qəsəbədə müvafiq sənədləri olmayan 2 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.