• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1291
— 25.01.2024 16:48

Narkotiklə bağlı saxlanılanlar var

KepezTV Player

İmişlidə polis rayon sakini Nurəddin Abbaslını saxlayıb. Onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış heroin aşkarlanıb. Dindirilmə zamanı Abbaslı həmin vasitələri Rəşad adlı şəxsdən əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq  rayon sakini Rəşad Ağayev də saxlanılıb. Onun rayon ərazisində müvəqqəti olaraq yaşadığı ünvanda tiryəkxana təşkil etdiyi də müəyyən edilib. Evdən sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda narkotik vasitə qəbul edən iki nəfər şəxs də müəyyən edilərək saxlanılıb.