• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 23.01.2024 11:46

20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Xaliq Əsədov və İmran Qasımov saxlanılıb. X.Əsədovun yaşadığı ünvanda müvafiq qaydada aparılan axtarış zamanı 10 kiloqramdan artıq marixuana tapılıb. İ.Qasımovun üzərindən heroin və marixuana bükümləri, evindən isə 8 kiloqrama yaxın marixuana və 790 qram heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.