• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 21.01.2024 18:51

Evdə avtomat gizlədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

KepezTV Player

Ağsuda polis 1964-cü il təvəllüdlü Elman Əsədovu saxlayıb. Onun yaşadığı ünvana baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 5 ədəd patron aşkar edilərək götürülüb. Elman Əsədov avtomatı bir müddət əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib. Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şamxal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.