• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1323
— 19.01.2024 15:34

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya olunub

KepezTV Player

Beynəlxalq axtarışda olan daha bir şəxs Gürcüstan ərazisində saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Bu barədə Baş Prokurorluqdan bildirilib. Sumqayıt Şəhər Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Cavid Hüseynlinin Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.