• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2319
— 18.01.2024 10:17

Gənclər niyə yalnızlaşır?

Gənclər təkliyə meyl edərkən, bir sıra faktorlar rol oynaya bilər, bunlara şəxsi inkişaf, ideal insan axtarışı və sosial təzyiq daxildir ancaq bunlarla yanaşı sosial media da öz mənfi təsirlərini göstərməkdədir.

Aygün Altun- Ginekoloq: “Gənclərin təkliyə meylli olmağının əsas səbəbi sosial mediadır. Sosial platformalarda çox vaxt keçirərək cəmiyyət daxilində sosiallaşa bilmirlər. Və bu mövzuda valideynlərin rolu çox böyükdür”.

İdeal evlilik yaşı şəxsi və mədəni fərqliliklərə görə dəyişə bilən bir məsələdir. Hər bir insanın həyat təcrübəsi, məqsədləri, dəyərləri fərqli olduğu üçün bir insanı ideallaşdırmaq asan məsələ deyil.

 Aygün Altun- Ginekoloq:  “Zehni olaraq inkişafın tamamlanması hər bir insanda 24-25 yaşda tamamlanır. Həm bədən formalaşır, həm də artıq psixologiya da formalaşır. Bu səbəbdən 25 yaş evlilik üçün ideal yaşdır. Və bu vaxt ərzində artıq insan peşəsini seçmiş və müəyyən sahəyə yiyələnmiş olur”.

Fidan Qədimova