• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 18.01.2024 16:42

Sərhədi pozmaq istəyənlər saxlanılıb

KepezTV Player

Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb. Dövlət Sərhəd Xidmətindən verilən digər məlumatda  Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyənlərin yaxalandığı qeyd olunub. “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhədi pozmağa cəhd göstərən Pakistan vətəndaşları 1998-ci il təvəllüdlü Wali Noor Khan və 2001-ci il təvəllüdlü Wahab Abdul Tauzeel saxlanıb. Onların ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.