• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1347
— 18.01.2024 08:51

Samux polisi narkotiklərə qarşı genişmiqyaslı əməliyyat keçirib

KepezTV Player

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində 15 nəfər saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərində, avtomobillərində, yaşadıqları evlərdə o cümlədən digər yerlərdə axtarış aparılıb. Ümumi çəkisi 2 kq-yaxın müxtəlif çeşidli narkotik vasitələr, o cümlədən güclü təsiredici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Hər bir faktla bağlı Samux Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.