• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 17.01.2024 16:03

Silah və narkotik aşkarlanıb, saxlanılanlar var

KepezTV Player

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Gəncə Xətt Polis Şöbəsi əməkdaşlarının Zazalı Dəmir Yolu stansiyasında keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə sakini Sahib Həsənov saxlanılıb. Üzərindən “Kalaşnikov” markalı avtomat, avtomata aid patron darağı və 10 ədəd 5.45 kalibirli patron aşkar edilərək götürülüb. Dəllər-Şəmkir dəmir yolu yaxınlığından isə 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “Çermuxa” markalı tüstü qumbarası, 4 ədəd avtomat darağı, 47 ədəd müxtəlif silahlara məxsus patron tapılıb. Profilaktiki tədbirlər nəticəsində daha bir Gəncə sakini özünəməxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü təhvil verib. Bundan başqa Ağstafa Xətt Polis Bölməsi əməkdaşları ilə birgə keçirilən əməliyyatla Əlixan Hüseynov üzərində 470 qram qurudulmuş marixuana ilə saxlanılıb.