• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1915
— 17.01.2024 11:32

Quldurluq və narkotik satışı ilə bağlı 8 nəfər saxlanılıb

KepezTV Player

Ağdaşda polis üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən Kəlbəcər sakini Nicat Yusifovu saxlayıb. Ondan “Makarov” markalı tapança, silaha məxsus patronlar və sandıqça aşkar edilərək götürülüb. Saxlanılan şəxsin tapançanı bir müddət əvvəl tapdığı və polisə təhvil verməyərək özündə saxladığı məlum olub. Yusifovdan götürülmüş odlu silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da rəyinə əsasən silahın atəşə tam yararlı olduğu müəyyən edilib.

Taksi sürücüsünə qarşı quldurluqda şübhəli bilinən rayon sakini Araz Yusifov da istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, Yusifov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmişin avtomobilinə müştəri kimi əyləşərək Yevlaxdan Ağdaşa gəlib. Ünvana çatdıqda isə kəsici alətlə sürücüyə hədə-qorxu gələrək onun üzərində olan pulunu əlindən alıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı isə daha 6 nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək maddi sübut kimi götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.