• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1009
— 15.01.2024 15:46

“İdman paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirilib

KepezTV Player

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qubada keçirilən “İdman paytaxtı 2024” layihəsinin açılış mərasimi olub. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Layihənin “Fuji” adlı maskotu ictimaiyyətə təqdim olunub. Fərid Qayıbov “İdman Paytaxtı”nın rəmzi açarını rayon rəhbərliyinə təqdim edib. Basketbol, badminton, stolüstü tennis, alpaqut, sambo, taekvondo, cüdo, güləş, kikboksinq, boks, voleybol, futbol, şahmat kimi bir sıra idman növlərinin nümayişi böyük maraqla qarşılanıb. Gənclər və idman naziri "Quba - İdman Paytaxtı 2024” layihəsinin idmanda ayrı-ayrı növlərin təbliği, uşaq və yeniyetmələrdə bu sahəyə maraq oyatmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ölkə üzrə idman sahəsinin inkişafı üçün yaradılan şəraitə, idman qurğularının təmir edildiyinə də diqqət çəkilib.